İşğaldan azad edilən ərazilərdə meşələrin bərpasına başlanılıb

Fərid Əhmədov: Ədliyyə Nazirliyi 42 dövlət qurumu ilə məlumat mübadiləsi üzrə inteqrasiya aparır
Zəfərə aparan yolun başlanğıcı
Milli Məclis 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul edib

Noyabrın 8-də Topxana meşələrinin bərpasına başlanıldı. Belə ki, həmin gün ölkə üzrə 44 min ağac əkildi və ağacəkmə aksiyası Topxana meşələrinin ərazisində də həyata keçirildi. Nazirlik olaraq hədəflərimiz böyükdür. Əfsuslar olsun ki, ərazilər minalı olduğundan ürəyimiz istəyən işləri hələ görə bilmirik. Torpaqlar minalardan təmizləndikcə biz həmin ərazilərin bərpası ilə bağlı işlərə başlayırıq.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, bu il işğaldan azad edilən ərazilərdə 20 mindən çox ting əkilib, eyni zamanda, 3 tona yaxın müxtəlif ağac cinslərinin toxumları səpilib.

AZƏRTAC