“Qaradağlıdan Xocalıya” adlı tədbir keçirilib

Şamaxıda Mirzə Ələkbər Sabir günlərinə həsr olunmuş tədbir keçirilib
NOVRUZ OLDU…
AVCİYA: İyun ayında mətbuatda seçki ilə bağlı yazılar azalıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) resurslarından olan “1905.az” portalı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Diskussiya klubu”nda “Qaradağlıdan Xocalıya” mövzusu müzakirə olunub.
APA-nın xəbərinə görə, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, millət vəkili, Komissiyanın üzvü Xanhüseyn Kazımlı, AVCİYA-nın eksperti, siyasi elmlər dokt­oru Ramiz Sevdimalıyev və başqaları iştirak ediblər.
X. Kazımlı erməni işğalının törətdiyi fəsadlar barədə məlumat verib. O bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın 536 km ərazisi nəzarətsiz qalıb.
E. Sə­mədov deyib ki, ermənilər 1992-ci ilin fevralın 17-də Xocavəndrayonunun Qaradağlı kəndində böyük qırğın törədib: “Xocalı faciəsinə gedən yol Qaradağlıdan keçirdi. 25 il əvvəl, 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş faciə, habelə ermənilərin törətdikləri başqa cinayətlər də unudulmamalıdır. Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədilib”.
AVCİYA-nın eksperti, siyasi elmlər dokt­oru R. ­Sevdimalıyev qeyd edib ki Dağlıq Qarabağda törədilən bütün cinayətlərin məsuliyyəti Ermənistan dövlətinin üzərindədir. Ekspert əlavə edib ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı törədilmiş cinayətlərdə Ermənistanın o vaxtkı baş naziri Vazgen Sarkisyan yaxından iştirak edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Nailə Dadaşova bildirib ki, ermənilərin əsir və girovluğundan azad olunanların ifadələri gələcək nəsillər üçün lentə alınaraq saxlanılır.