2021-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydiyyata alınmış əmtəə nişanlarının sayı açıqlanıb

Qanunsuz ağackəsmə və balıq ovu faktları ilə bağlı cinayət işləri başlanıb
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar
Horovlu kəndi doğma sakinlərini qarşılayır: 40 ailə yeni evlərinə qovuşdu

2021-ci il ərzində müvafiq Dövlət reyestrində ixtiralara dair 119 ədəd patent qeydiyyata alınıb, onlardan 102 ədədi milli, 17 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub. 2021-ci ildə qeydiyyata alınmış əmtəə nişanlarından 12-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

“Report” xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, faydalı modellərə dair 27 ədəd patent qeydiyyata alınıb, onlardan 21 ədədi milli, 6 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.

Sənaye nümunələrinə dair 27 ədəd patent qeydiyyata alınıb, onlardan 15 ədədi milli, 12 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.

Hesabat dövründə müvafiq Dövlət reyestrində 2379 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 1453 ədədi milli, 926 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Report