Avropa Parlamentində Azərbaycanla bağlı məruzə qəbul edilib

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanatla çıxış edib
Ağ Evin saytında açılmış petisiya ilə bağlı Dillər Universitetində görüş keçirilib
Elxan Süleymanov: “Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb”
Elxan Süleymanov: “Monitorinq Komitəsinin Ermənistana faktaraşdırıcı səfərin nəticələrinə dair məlumatında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktı göstərilməyib”.


AŞPA Monitorinq Komitəsinin 20 iyun tarixli iclasında Ermənistan üzrə həmməruzəçilər  Alan Meale (Böyük Britaniya, Sosialistlər qrupu) və İtaliyalı Cüzeppe Galatinin  (Italiya, EPP qrupu) 10-12 may tarixlərdə Yerevana faktaraşdırıcı səfərlərinin nəticələri ilə bağlı məlumatları təqdim olunacaq. Məlumatda aprel ayının əvvəlində cəbhədə baş vermiş dördgünlük müharibəyə diqqət ayrılmışdır.
Məlumatda diqqəti çəkən məqam odur ki, həmməruzəçilər Dağlıq Qarabağ probleminə yer ayırsalar da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi faktına toxunmamışlar. Onlar AŞPA-nın 26 yanvar 2016-cı ildə qəbul edilmiş və işğal faktını özündə ehtiva edən 2085 saylı qətnaməsinə istinad etməmişlər.
Ümumiyyətlə, AŞPA-nın həm Azərbaycan üzrə, həm də Ermənistan üzrə həmməruzəçiləri Azərbaycan torpaqlarının işğalı ilə bağlı təəccüb doğuran mövqe nümayiş etdirirlər. Hər iki ölkə üzrə həmməruzəçilər Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi və indiyədək Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanması faktından, bu məsələnin onların mandatına aid olmaması bəhansə ilə yan keçirlər.
Torpaqların dinc yolla azad edilməsi və sülh danışıqlarının uğurla nəticələnməsi üçün bütün beynəlxalq təşkilatlar beynəlxalq hüququn əsas prinsiplərini üstün tutaraq Ermənistandan işğala son qoymasını və torpaqları azad etməsini tələb etməlidir. Bu barədə AŞPA konkret olaraq 2085 (2016) saylı qətnamə qəbul edib. Çox təəssüf ki, hər iki ölkənin  həmməruzəçiləri bu tələbləri ön plana çəkmir və öz məruzələrində istifadə etmirlər.
Digər tərəfdən, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinin yalnız ATƏT-in Minsk Qrupunun səlahiyyətində olması bəhanəsi ilə digər beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da müzakirə edilə bilməməsinə dair iddialar birbaşa Ermənistan maraqlarına xidmət edir. AŞPA-da üzv dövlətlər arasında ayrıseçkiliyə yol verilməməlidir və əgər Azərbaycan həyati vacib problemini AŞPA-da həll edə bilmirsə, bu hal xalqımızda AŞ-ya qarşı inamsızlıq yaradır.

Strategiya.az