e-sosial.az portalına bu ilin əvvəlindən 4 milyondan çox müraciət qeydə alınıb

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
Mərkəzi Seçki Komissiyasında ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş olub
Prezident İlham Əliyev bir il əvvəlki reytinqini və seçicilərinin yüksək etimadını daha da artırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına bu ilin əvvəlindən 4 milyon 445 mindən çox müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.
Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.
“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edərək 1 milyon 155 min 283-ə çatıb.

AZƏRTAC