Qanunsuz ağackəsmə və balıq ovu faktları ilə bağlı cinayət işləri başlanıb

Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlayıb
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, İsmayıllı, Şəki və Füzuli rayonlarının ərazilərində qanunsuz ağackəsmə, Xaçmaz rayonunda isə qanunsuz balıq tutma faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Quşencə bələdiyyəsinin ərazisində, həmçinin Xurcan düzündə və Köndələn çayın sahilində ağackəsmə üçün müvafiq icazə olmadan, eyni zamanda, Kiş meşəbəyiliyində meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 29 min manat ziyan dəydiyi müəyyənləşdirilib.
Həmçinin Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə nərə və Xəzər qızıl balığı cinsli balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması müəyyən olunub.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 256.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən alıq və digər su bioresurslarını qanunsuz tutma), 259.1-ci, 259.2.4-cü (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına və daxili işlər orqanlarına göndərilib.