Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı artıq Kurık limanındadır

Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub
Dünya Bankı Azərbaycana ayıracağı kreditləri güzəştli şərtlərlə verəcək
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə taxıl aparan ilk yük qatarı artıq Qazaxıstanın Kurık limanındadır.

Bu barədə “ADY Ekspress”dən AZƏRTAC-a eksklüziv olaraq bildirilib.

Məlumat verilib ki, yük qatarı Xəzər dənizində yeganə bərə operatoru olan “Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” QSC-nin gəmi-bərəsi vasitəsilə Bakı limanına nəql ediləcək.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk yük qatarı oktyabrın 24-də Qazaxıstanın Kustanay stansiyasından Kurık limanına yola salınıb. İlk qatar Bakı Beynəlxalq Dəniz Ticarət Limanından oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək.