Elxan Süleymanov Türkiyəyə zəlzələ bölgəsinə 24 ədəd istilik sistemi göndərdi

İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib
Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb

AVCİYA rəhbəri: “Qüdrətli Türkiyə dövlətinin bu sınaqdan da üzüağ çıxacağına əminəm”


Azərbaycan vətəndaşları qardaş Türkiyədə baş vermiş təbii fəlakətdə zərər çəkmiş qardaş və bacılarımıza yardım kampaniyasında fəal iştirak edirlər.

Bu gün, 14 fevral tarixində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov şəxsi vəsaiti hesabına aldığı 24 ədəd dizel kaloriferini Türkiyəyə göndərib.

unnamed.jpg (267 KB)

Göndərilən elektrik məişət avadanlığının dəyəri 30 000 manat təşkil edir. AVCİYA rəhbəri Musavat.com-un əməkdaşı ilə söhbət zamanı zəlzələ qurbanlarına Allahdan rəhmət dilədiyini, xəsarət almış insanların tezliklə sağalmalarını arzuladığını bildirib.

ell.jpg (69 KB)

E.Süleymanov qüdrətli Türkiyə dövlətinin bu sınaqdan da üzüağ çıxacağına əmin olduğunu qeyd edib.

 Musavat.com