Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

AVCİYA-nın nəşr etdirdiyi, şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” kitabının təqdimetmə mərasimi keçirilib
QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu respublika zona konfransı keçirilib
Türkiyə Parlamenti Qazaxıstanda sabitlik və normal həyatın təmin edilməsini dəstəkləyən açıqlama yayıb

Qərbi Azərbaycan İcması və digər vətəndaş cəmiyyəti təşkilatlarının müraciəti BMT şuralarının rəsmi sənədləri kimi yayılıb.

Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

“Ermənistanın apardığı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər nəticəsində azərbaycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab və məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi və ikili standartları ilə bağlı Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də müraciət qəbul etmişdi. Həmin müraciət BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb.

Sənədin sözügedən ali orqanların gündəliyinin irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması, qaçqınların hüquqlarının qorunması, silahlı münaqişələrin qarşısının alınması və sülh quruculuğu, bəndləri altında yayılması Azərbaycanofobiyanın irqi ayrı-seçkiliyin və ksenofobiyanın bir növü və bir beynəlxalq problem kimi təsbit edilməsində və ona qarşı beynəlxalq mübarizənin formalaşdırılmasında mühüm rol oynayır”, – deyə məlumatda bildirilib.

Vurğulanıb ki, Qərbi Azərbaycan İcması digər vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə, Ermənistanın xalqımıza qarşı törətdiyi hüquq pozuntularını işıqlandırmaqda və bəzi dairələrin bu məsələ ilə bağlı nümayiş etdirdiyi ikili standartların və riyakarlığın ifşasına davam edəcək.

AZƏRTAC