Anar Quliyev: 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb

Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Düşmən atəşindən hərbi qulluqçumuz şəhid olub
İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin roluna dair müzakirələr aparılıb

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb. Əhali üçün həmin ərazilərdə yeni yaşayış binaları inşa edilərək onların istifadəsinə verilir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, son 3 il ərzində işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb və bu proses sürətlə davam edəcək.

AZƏRTAC