İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib
Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin açılışı olub
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Firəngiz Əlizadənin kamera-instrumental əsərləri səsləndirilib

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev noyabrın 30-da parlamentdə keçirilən “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə deyib.

Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Ermənistanın işğalından azad edilmiş ərazilərdə yaxın gələcəkdə həyat tamamilə bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq.

AZƏRTAC