Quram Marxuliya: Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir

Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərinin planlı şəkildə bərpa olunması istiqamətində tədbirlər görüləcək
Azərbaycan Müdafiə Nazirliyi: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur
Minatəmizləmə fəaliyyətinin geniş miqyasda əks etdirilməsi məqsədilə sərgi təşkil olunub

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT- in Minsk qrupu məşğul olur. Lakin bu münaqişənin həllində tərəflərin qəti mövqeyi olmadan müsbət nəticə əldə etmək mümkün olmayacaq.

Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir. Azərbaycan bu münaqişənin, eləcə də, digər problemlərin sülh yolu ilə həllində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri gürcü tarixçi alimi, politoloq Quram Marxuliya “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda deyib.

Marxuliya deyib: “Düşünürəm ki, Ermənistan dövləti də, belə bir cəsarətli addımı atacaq və bu addım münaqişənin həllində həlledici qərarın qəbul olunmasında mühüm rol oynayacaq”.

Professor bildirib ki, tarixdə, istənilən münaqişə sonda sülh yolu ilə həllini tapıb. İnanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də sülh yolu ilə öz həllini tapacaq. Ermənistan rəhbərliyi də mövqeyində dəyişiklik etsə, sülhə nail olunacaq.

O, bu məsələdə vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirib.

Xətayi Əzizov, AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi