Prezident İlham Əliyevin Münxendə “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub

FHN əhaliyə müraciət etdi: zərurət olmadan güclü küləkli və çovğunlu havada bayıra çıxmayın
Prezidentin iştirakı ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olub
Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.

AZƏRTAC xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd etdi. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.

Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.