Sabah Parisdə COP29-la bağlı dəyirmi masa keçiriləcək

Elxan Süleymanov: Prezidentin müəyyən etdiyi Milli Prioritetlər — sosial-iqtisadi inkişafın “yol xəritəsi”
Xarici işlər nazirinin müavini: Qarabağda qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirənlərə qarşı uyğun addımlar atılır
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar

Fevralın 20-də Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol rəsmi “X” hesabında məlumat verib.

Fatih Birol bildirib ki, COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçiriləcək müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etmək olacaq.

Məlumatda qeyd edilir ki, toplantıda dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak edəcək.

Toplantıda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev təmsil edəcək.

AZƏRTAC