İƏT Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb

İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin forumu keçirilir
Türk Şurasına sədrlik Azərbaycana keçib
Azərbaycanın və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üzrə fəaliyyət planı imzalanıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi 2024-cü il aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın Azərbaycana məxsus və otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış 4 kəndin – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qaytarılmasını və delimitasiya üzrə işlərin davam etməsini alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İƏT Baş Katibliyinin bəyanatında yer alıb. Təşkilat qeyd edib ki, birbaşa danışıqlar prosesində müsbət nəticələrin əldə olunması yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır.

Bəyanatın sonunda deyilir: “İƏT-in Baş katibliyi təşkilatın qətnamələrində də qeyd edilən davamlı və ləyaqətli sülh sazişinin imzalanması istiqamətində atılan mühüm addımı dəstəkləyir”.

AZƏRTAC