Azərbaycanda 5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb

Prezident İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsinə dair Sərəncam imzalayıb
Prezident İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
Zakir Həsənov: “Azərbaycanın qazandığı qələbə Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına böyük töhfə verəcək”

Azərbaycanda qaydalara riayət etməyən 5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir və neqativ halların qarşısını almaq üçün preventiv tədbirlər görülür.

“Sərnişinlər taksi sahəsində qarşılaşdıqları problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər”, – deyə qurumdan bildirilib.

Report.az