İstanbulda XİN rəhbərlərinin “3+3” formatında üçüncü görüşü keçirilir 

ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 126 mina aşkarlanıb
Qafqaz və Mərkəzi Asiya üzrə ən aşağı ortalama inflyasiya Azərbaycanda olacaq
Küveytdə Ərəb Xəbər Agentlikləri Təşkilatı Baş Assambleyasının 46-cı konfransı keçirilib

İstanbulda Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərləri Hakan Fidan, Ceyhun Bayramov, Sergey Lavrov, Ararat Mirzoyan və Abbas Arakçi iştirak edirlər.

Tədbirdən əvvəl mediaya açıqlama verən Hakan Fidan bildirib ki, İkinci Qarabağ müharibəsindən qısa müddət sonra üçtərəfli Bəyanatın imzalandığı həftələrdə irəli sürülən Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platforması bölgəni yaxından maraqlandıran problemlərin həllinə xidmət edir. “Bölgənin problemlərini ən yaxşı o regionun dövlətlərinin bildiyinə və həll edə biləcəyinə inanırıq. Belə ki, bu baxışımızın təzahürü olaraq toplantımızın nəticələrinə dair birgə bəyanat qəbul etməyi düşünürük”, – deyən nazir qeyd edib ki, platformanın adının 3+3 olmasına baxmayaraq, təəssüf ki, bugünkü görüşdə tərəflərdən biri iştirak etmir. Yaxın qonşumuzun istədiyi zaman bu platformaya qoşula bilər.

İclasda bölgədə müharibə və qarşıdurmaların əvəzinə, sabitliyin təmin edilməsi və rifahın yüksəldilməsi məqsədilə atıla biləcək addımlar, regional əlaqələrin gücləndirilməsi istiqamətində konkret əməkdaşlıq layihələri müzakirə olunacaq, aktual regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Mediaya qapalı keçən görüşün sonunda mətbuata açıqlama veriləcək.

Toplantı çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan iclas iştirakçılarını qəbul edəcək. Hakan Fidanın isə həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

AZƏRTAC