Şuşada “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda konfrans işə başlayıb

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıbDövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Sabirabadda Bayraq Muzeyi istifadəyə verilib

Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda konfrans keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Dövlət Turzim Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmiləri, Azərbaycandan və bir sıra xarici ölkələrdən sağlamlıq və tibbi turizm sahəsinin 200-ə yaxın mütəxəssisi iştirak edir.

Konfransda “Azərbaycan sağlamlıq turizmi destinasiyası kimi: Cari vəziyyət və imkanlar”, “Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər”, “Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya” adlı panel sesiyalar nəzərdə tutulub. Həmçinin sağlamlıq turizmi sənaye sərgisi açılacaq.

AZƏRTAC