Gələn ilin dövlət büdcəsi qəbul edilib

Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilib

Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən isə, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.

Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılıb.

AZƏRTAC