Bədii Qiraət Müsabiqəsinə hazırlıq çərçivəsində tədbir

Gəncədə keçirilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalı əsl mədəniyyət hadisəsinə çevrilib
Elxan Süleymanov: “Şuşa adından xüsusi diqqətlə istifadə etməliyik”
Prezident Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib

6 dekabr 2024-cü ildə Göyçay şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə keçiriləcək bədii qiraət müsabiqəsinə hazırlıq çərçivəsində tədbir baş tutub.

Rəsul Rza, İsgəndər Coşqun, Əli Kərim və İbrahim Göyçaylının yaradıcılığına həsr olunmuş Bədii Qiraət Müsabiqəsi ilə bağlı tədbir Göyçay məktəbləri ədəbiyyat müəllimlərinin və rayon Təhsil sektorunun əməkdaşlarının iştirakı ilə Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirdə AVCİYA prezidenti Elxan Süleymanov, filologiya elmləri doktoru, professor Asif Hacılı, “Göyçay” qəzetinin baş redaktoru Adil Məmməd çıxış ediblər.