Bahar Muradova: 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Aİ XİNŞ “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik fəaliyyətini qiymətləndirəcək
Human Rights Watch Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilən hücumlarla bağlı araşdırma yayıb

2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət qəbul olunub. 2020-ci illə müqayisədə son 5 ildə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı 3,3 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirilən kollegiya iclasındakı hesabat çıxışında bildirib.

“Gender əsaslı zorakılıqla bağlı 330 müraciət daxil olub ki, bu da 9,1 faiz artım deməkdir. Komitənin müraciəti əsasında 108 mühafizə orderi verilib. Ötən il qadın dəstək xəttinə 1623 müraciət daxil olub. Uşaq zorakılığı ilə bağlı müraciətlərin sayı isə 3600 olub. Bu, bizi narahat edir”, – deyə o əlavə edib.

AZƏRTAC