Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı milli özünüdərk baxımından ciddi çağırışdır
İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb
Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qırğız Respublikasının Qazaxıstandakı səfiri Dastan Duşekeyev ilə görüşüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə elmi əməkdaşlığın gücləndirilməsi, birgə türkoloji layihələrin hazırlanması və türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliği xüsusi vurğulanıb. Akademiyanın prezidenti Türk dünyası ölkələri, xüsusilə qırğız alimləri arasında elmi əlaqələrin genişləndirilməsinə yönəlmiş əsas təşəbbüslər barədə məlumat verib.

Səfir Dastan Duşekeyev isə Qırğızıstan ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib. O, xüsusilə elmi və akademik mübadilənin inkişaf etdirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıb.

AZƏRTAC