Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib

Kamran Əliyev: “Ermənistanın təcavüz aktları ilə bağlı 75 cinayət işi başlanıb”
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Prezident İlham Əliyev Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

S.Ə.Qafarovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə Sahibə Əli qızı Qafarova “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2025-ci il

President.az