Uşaqların I sinfə qəbulu prosesi başlayır

“Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub
ADA Universitetində İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib

Mayın 1-dən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərdir.

Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-dan iyunun 5-dək prioritetli mərhələdə aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-dən iyulun 17-dək keçiriləcək. Bu müddətdən sonra həmin məktəblərə artıq prioritet statusu olmadan seçim etmək mümkün olacaq.

Qəbul prosesi sentyabrın 12-dək davam edəcək. Digər dillərdə tədris aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat mayın 6-dan 20-dək, müsahibə mərhələsi isə mayın 12-dən 31-dək davam edəcək. Həmin bölmələr üzrə məktəb və müəllim seçimi isə iyunun 17-dən sentyabrın 12-dək həyata keçiriləcək.

AZƏRTAC