“Kapital Bank” təhsil işçiləri üçün “Payız fürsəti” adlı stimullaşdırıcı lotereya keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, lotereyanın ilk tirajında 255 təhsil işçisi müxtəlif pul mükafatı qazanıb. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.
Şərtlərə görə, “Kapital Bank” kartları ilə məvacib alan təhsil işçiləri noyabrın 30-dək “Kapital Bank” bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.
Dekabrın 4-də keçiriləcək ikinci tiraj zamanı daha 255 müxtəlif pul mükafatı sahiblərini tapacaq. Lotereyanın sonunda isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək. İştirak qaydaları ilə saytdan tanış olmaq mümkündür – www.kapitalbank.az/tehsil-lotereya.
Bundan başqa, “Kapital Bank”ın “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası da noyabrın 30-dək davam edir. Aksiya çərçivəsində “Kapital Bank” kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2 faizədək endirim edilir, 8 000 AZN-dək məbləğdə kreditlər isə zaminsiz verilir. Kreditin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.