Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Füzuli və Cəbrayıla səfəri başlayıb

“Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulacaq
SHXÇDX: Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc müvafiq qaydada qeydiyyata alınırlar
AVCİYA Xocalı faciəsinin ildönümü münasibətilə dəyirmi masa keçirdi

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun üzvlərinin Füzuli və Cəbrayıla səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

İşçi qrupun üzvləri səfər çərçivəsində Füzuli rayonunun Horadiz kəndində ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olacaq, aşkar olunan minaların zərərsizləşdirilməsi prosesini izləyəcəklər. Həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində minatəmizləmə fəaliyyətinə cəlb olunan yerli şirkət tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanışlıq və brifinq nəzərdə tutulub.

AZƏRTAC