Nazir: “Qaradağ” GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib
Dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək
Doqquz ay ərzində respublikanın su hövzələrinə 370 milyon balıq körpəsi buraxılıb

“Masdar” şirkətinin layihəsi əsasında inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası (GES) fəaliyyətə başladığı 2 ilə yaxın müddət ərzində Günəş enerjisindən elektrik enerjisi istehsalının 10 dəfə artmasına imkan yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan regional enerji qovşağına çevrilir” adlı məqaləsində yer alıb.

“Qaradağ” GES-də qeyd olunan dövrdə 1 milyard kilovat-saat elektrik enerjisinin istehsalı onun tam gücü ilə işləməsini təsdiqləməklə yanaşı, bir daha göstərir ki, Azərbaycan yaşıl enerji ilə bağlı qarşısına reallığa əsaslanan və özünü doğruldan hədəflər qoyub və onları ardıcıl şəkildə həyata keçirir”, – deyə məqalədə bildirilir.

AZƏRTAC