Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə edəcək

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil olunacaq
İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Türk Tarix Qurumu: Ermənilər XX əsrin əvvəllərində Azərbaycanda və Anadoluda dəhşətli soyqırımlar törədiblər

Yaxın vaxtlarda Ermənistan və Türkiyə idarələrarası komissiyaların Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı iclası keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan brifinqdə bildirib.

“Tezliklə idarələrarası komissiyaların Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə başlamasına həsr olunmuş iclası keçiriləcək”, – o qeyd edib.

R.Rubinyanın sözlərinə görə, görüşün keçiriləcəyi yerlə bağlı daha sonra ətraflı məlumat veriləcək.

Vitse-spiker həmçinin sərhədlərin açılması məsələsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

Report