Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib

Avrasiya Dağ Kurortları Festivalı gələn il Azərbaycanda keçiriləcək
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb
Ahıska Türk mədəniyyətinin etnik tipologiyası- təsərrüfat növləri

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, o, bunu Tbilisidə keçirilən V Tbilisi Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

“Prezident İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan Prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı ifadə edirəm”, – deyə Paşinyan vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi