DİM sədri: Qarabağ Universitetinin məzunları magistratura imtahanlarını Xankəndidə verəcək

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub
“Azərbaycan tarixinin zəfər salnaməsi” kitabı çapdan çıxıb
Milli Məclisin yaz sessiyasında işlər planı təsdiqləndi

Qarabağ Universitetinin məzunları iki ildən sonra magistratura imtahanlarını Xankəndidə verəcəklər.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə hamı Xankəndini universitet şəhərciyi kimi tanıyacaq:

“Bu il qəbul imtahanları ilk dəfə Xankəndidə keçiril. İndi növbəti mərhələyə ümidlə baxırıq. Qarabağ Universitetinin məzunları iki ildən sonra magistratura imtahanlarını Xankəndidə verəcəklər. Biz buna tam əminik”.

Report