Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsi yaradılıb

1905.az portalının direktoru, Əməkdar jurnalist Fuad Babayev Report Media Məktəbinin tələbələri ilə görüşüb
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Tiranada Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib.

Bu barədə “Report”a Azərbaycan Milli Kitabxanasından məlumat verilib.

Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa Albaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Albaniya Milli Kitabxanasında yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi iki ölkə arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Piro Mişa əlavə edib ki, bu bölmə yalnız kitab kolleksiyası deyil, həm də xalqlar arasında mənəvi və intellektual körpü rolunu oynayır.

O qeyd edib ki, Albaniya Milli Kitabxanası gələcəkdə Azərbaycan ədəbiyyatı ilə bağlı tədbirləri və oxu günlərini təşkil etməyi, eyni zamanda iki ölkənin yazıçılarının və alimlərinin mübadiləsini davam etdirməyi planlaşdırır.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxışında bildirib ki, Albaniyada yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi Azərbaycan ədəbiyyatının zənginliyini və müxtəlifliyini nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Professor qeyd edib ki, bu, yalnız kitab kolleksiyası deyil, həm də Albaniya oxucuları üçün Azərbaycan mədəniyyətinə və tarixinə açılan bir pəncərədir.

İştirakçılar Azərbaycan Ədəbiyyatı bölməsi ilə tanış olub, burada nümayiş olunan kitablar, nəşrlərlə maraqlanıblar.

Report