BTİ-nin Baş katibi: Azərbaycan regionda sürətli rəqəmsal inkişafın mərkəzinə çevrilir

“Bütün həyatım boyu dünya ilə dalaşıram”- 80 yaşını tamamlayan Elxan Süleymanovla yubiley söhbəti
Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olacaq
Leonardo Di Kaprio Cozef Baydenə açıq məktub yazdı

Azərbaycan artıq sürətlə rəqəmsal inkişafın regional mərkəzinə çevrilməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin Bakıda 9-cu Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının (WTDC-25) açılışına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Baş katib bildirib ki, Azərbaycanın həyata keçirdiyi layihələr, o cümlədən smart infrastruktur, data mərkəzləri və süni intellektə dəstək verən texnologiyalara investisiya bu sahədə əhəmiyyətli irəliləyişlərə səbəb olub. “Aztelekom”un “Digital Silk Way” layihəsi isə regional və beynəlxalq əlaqə imkanlarını daha da genişləndirəcək.

AZƏRTAC