Azərbaycan ATƏT PA-nın İstanbulda keçirilən payız sessiyasında təmsil olunur

Türkiyənin məşhur televiziya kanalı tamaşaçılarını Milli Məclisə seçkilər haqqında məlumatlandırıb
Serbiya Prezidenti WUF13-də iştirak üçün Azərbaycana səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Milli Məclisin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT Parlament Assambleyasının noyabrın 17–19-da İstanbulda keçirilən payız sessiyasında iştirak edir.

AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində “ATƏT-in 50 illiyi: Dialoq və əməkdaşlıq vasitəsilə çoxtərəfliliyin yenidən canlandırılması” mövzusunda parlament konfransı, Daimi Komitənin iclası və digər tədbirlər keçirilir.

Tədbirə ev sahibliyi edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, ATƏT PA çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC