Bakıda D-8 Media Forumu keçirilir

Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən ən böyük yarımstansiya yenidən qurulur
Folklor İnstitutunun elmi fəaliyyətində Qarabağ, Şərqi Zəngəzur və Qərbi Azərbaycan folkloru əsas tədqiqat mövzularından olub
Müharibə dövründə fəaliyyəti müsbət və mənfi qiymətləndirilən qurumların siyahısı

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Qeyd edək ki, forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya”, “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşopun təşkili planlaşdırılır.

Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-yə yaxın qonaq iştirak edir.

AZƏRTAC