Azərbaycanda metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Blinkenin Prezident İlham Əliyevə telefon zənginin pərdəarxası – Elxan Süleymanovun yazısı
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adı verilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) metrologiya sahəsi üzrə 5 yeni dövlət standartı qəbul edib.

“Report” AZSTAND-a istinadən xəbər verir ki, bunlar, aşağıdakılardır:

AZS EN 1434-1:2025 “İstilik enerjisi sayğacları. Hissə 1: Ümumi tələblər”

AZS EN 1434-4:2025 “İstilik enerjisi sayğacları. Hissə 4: Tipin təsdiqi sınaqları”

AZS EN 1434-5:2025 “İstilik enerjisi sayğacları. Hissə 5: İlkin yoxlama sınaqları”

AZS EN 12480:2025 “Qaz sayğacları – Rotor yerdəyişmə qaz sayğacları”

AZS EN 1359:2025 “Qaz sayğacları – Diafraqma qaz sayğacları”

Sözügedən dövlət standartları istilik və qaz sayğaclarının işləmə prinsipləri, təhlükəsizliyi, istehsalı, eləcə də sınaqlarına dair tələbləri müəyyən edir.

Avropa standartları əsasında işlənib hazırlanmış dövlət standartlarının tətbiqində məqsəd istilik və qaz sayğaclarının təhlükəsizliyini və ölçmə nəticələrinin düzgünlüyünü təmin etməkdir.

Yeni dövlət standartları “Metrologiya sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 47) konsensus əsasında qəbul olunub və AZSTAND onları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Report