Azərbaycan və Qazaxıstan Orta Dəhlizi və ADY üçün lokomotivlərin istehsalını müzakirə edib

Bakıda “Media savadlılığı” konfransı keçirilir
Birinci vitse-prezident 21 may – Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşım edib
“The Washington Times”da Azərbaycan səfirinin Kəlbəcərin işğalı ilə əlaqədar məqaləsi dərc edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Qazaxstan Dəmir Yolları”nın rəhbəri Talqat Aldıbergenov ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə daşımaların həcminin artırılmasını müzakirə edib.

“Report”un “Qazaxıstan Dəmir Yolları”nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş Bakıda MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində keçirilib.

“Tərəflər TBNM-in statusunun yüksəldilməsi ilə bağlı hökumətlərarası sazişin detallarını müzakirə ediblər. Eyni zamanda, Xəzər dənizində yükdaşıma üçün gəmilərin Azərbaycandan alınması və ADY üçün lokomotivlərin Qazaxıstan zavodunda istehsalı məsələləri müzakirə olunub”, – məlumatda qeyd edilib.

Bundan əlavə, T.Aldıbergenov ADY-nin sədri Rövşən Rüstəmovla da danışıqlar aparıb. Görüşdə Orta Dəhlizin inkişafı və multimodal daşımalar sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Report