Azərbaycan və 3 ölkə “Xəzər – Qara dəniz” nəqliyyat marşrutunun yaradılmasına dair saziş imzalayacaq

Məhərrəm Zülfüqarlı: “Ermənistanın sülhə hazır olması ilə bağlı yayılan informasiyalar onu göstərir ki, Azərbaycan öz uğurlarını daha da artırıb”
Prezident COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində iştirak edib
Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar

Gələn ay Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında “Xəzər dənizi – Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında saziş imzalanması planlaşdırılır.

“Report”un məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Daşkənddə keçirilən Transxəzər nəqliyyat dəhlizinin investorları və nəqliyyat əlaqələrinin inkişafı forumunda bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs Xəzər regionu və Avropa İttifaqı arasında yeni multimodal nəqliyyat körpüsü olacaq, giriş marşrutlarını şaxələndirəcək və logistika zəncirlərinin dayanıqlığını gücləndirəcək.

Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işə salınması Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz və səmərəli əlaqəni təmin edəcək, həmçinin bütün marşrutun əməliyyat səmərəliliyini gücləndirəcək.

Report