Ağdamda traktor minaya düşüb, xəsarət alan var

Gəncədə Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib
Sabah Parisdə COP29-la bağlı dəyirmi masa keçiriləcək

Ağdam rayonunda mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Verilən məlumatda bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.

Ağdamda minaya düşərək xəsarət alan traktorçu Qədir Malik oğlu Məmmədov Mingəçevirdəki hospitala göndərilib.

Daha sonra müalicəsinin ixtisaslı tibb müəssisəsində aparılması qərara alınıb və zərərçəkən Mingəçevirdəki hospitala təxliyə edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, – deyə birgə məlumatda qeyd olunub.