Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır

Dövlət Komitəsi “Roblox” platforması ilə bağlı valideynlərə tövsiyələrini açıqlayıb
Gürcüstan azərbaycanlılarının xüsusi mənəvi atmosferə, daxili düzənə malik Qaraçöp mahalı- II Hissə
Kəlbəcərdə Külək Elektrik Stansiyasının qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınır.

Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

AZƏRTAC