Prezident Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

Prezidentin köməkçisi: Ermənistan Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırdıqdan sonra sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər
Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən ən böyük yarımstansiya yenidən qurulur
Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alıram:

1. 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

2.1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 (on beş milyon üç yüz min) manat ayrılsın.

2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2025-ci il