Qarabağla bağlı Ağ Evin saytında açılmış petisiya ilə əlaqədar Tibb Universitetində görüş keçirilib

Azərbaycanın yerli QHT-ləri prezident seçkisində «exit-poll» keçirəcək
AVCİYA ilə AŞPA müşahidə missiyası arasında təcrübə mübadiləsi davam etdiriləcək
AVCİYA seçkilərlə bağlı bəyanatla çıxış etdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Qarabağla bağlı Ağ Evin saytında açdığı “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” petisiyası ilə ələqədar Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, universitetin rektoru Gəray Gəraybəyli AVCİYA-nın ölkə daxilində və beynəlxalq müstəvidəki fəaliyyətindən danışıb, Ağ Evə ünvanlanan petisiya layihəsinin əhəmiyyətini müsbət qiymətləndirib.

AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov Tibb Universitetinin tələbələrini səsverməyə qoşulmağa çağırıb. O bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş  Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Assosiasiya sədri səs sayının yaxın günlərdə bir neçə yüz minə çatacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.