İrəvan şəhərində İslam irsinə qarşı erməni vandalizmi

Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər
“Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışı olub
BMT-nin iqlim liderləri Kolumbiyada bərpaolunan enerjinin gələcəyi ilə bağlı müzakirələr aparıblar

Bu gün Ermənistan Respublikası adlanan Qərbi Azərbaycan ərazisində tarix boyu azərbaycanlılara məxsus minlərlə maddi-mədəniyyət nümunələri, tarixi-memarlıq abidələri, dini ibadət yerləri, pirlər, ocaqlar mövcud olmuşdur. Qədim alban tayfalarının, oğuz və qıpçaq boylarının xristianlıq mərhələsində mövcud olmuş tarixi-memarlıq abidələri VII əsrin ikinci yarısından etibarən regionda islam dininin bərqərar olmasından sonra tədricən erməni irsi kimi qələmə verilmişdir. İslam dininin qəbul edilməsindən sonra tərk edilən məbədlər xristian erməni missionerləri tərəfindən mənimsənilmişdir.

1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğu Kilikiyadan İrəvan yaxınlığında Valarşabad kəndindəki Üçkilsəyə – Eçmiədzinə köçürülmüşdür. Həmin vaxtdan etibarən ermənilərİ rəvan ətrafında məskunlaşmağa başlamışlar. Avropa dövlətlərinin və Roma katolik kilsəsinin maliyyəsi hesabına erməni kilsələri ətrafındakı torpaqlar satın alınaraq ilk erməni yaşayış məskənləri meydana gəlmişdir. Simeon Erevansi “Cambr” əsərində və tarixçi A.Papazyanın Matenadaranda saxlanılan alqı-satqı sənədləri əsasında tərtib etdiyi kitabda Eçmiədzin kilsəsinin Suxur Səəd vilayətində azərbaycanlılara məxsus torpaqların kimdən, nə zaman və hansı qiymətə alınması barədə sənədlər əks olunmuşdur. Matenadaranda saxlanan alqısatqı sənədlərində Üçkilsənin yerləşdiyi ərazininAzərbaycan ölkəsinin Çuxur-Səəd vilayətində (rayonunda) yerləşdiyi qeyd edilir.

Ermənilər kütləvi surətdə indi Ermənistan adlanan əraziyə İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra imzalanan Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən Qacarlar İranı və Osmanlı Türkiyəsindən köçürülüb gətirilmişdir.

Rus tədqiqatçısı və statistiki İvan Şopenin verdiyi məlumatların təhlilindən aydın olur ki, İrandan köçürülən ermənilər İrəvan şəhərində və İrəvan xanlığının ərazisindəki 119 kənddə, Türkiyədən köçürülən ermənilər isə 128 kənddə, üst-üstə 247 kənddə yerləşdirilmişdilər. Təbii ki, həmin kəndlərə ermənilərin köçürülüb gətirilməsinədək azərbaycanlı əhalinin qəbiristanlıqları və dini ibadət tikililəri mövcud olmuşdur. Həmin qəbiristanlıqlar və dini ibadət yerləri tədricən erməni vandalları tərəfindən yer üzündən silinmişdir.

Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Qala məscidi(Sərdar, yaxud Abbas Mirzə), Şah Abbas, Div Sultan, Xudabəndə, Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi.

İrəvan şəhərinin Rusiya işğalından sonra 1829-1832-ci illərdə kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin verdiyi məlumata görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir.

1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin “İrəvan quberniyasının yaddaş kitabçası” çap edilmişdir. Həmin kitabda göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir. 1906-1911-ci illərdə İrəvan şəhərinin texniki işləmiş B.Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Mehrabov şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər belə adlanırdı: Göy məscid, Qala məscidi, Təpəbaşı, Şəhər, Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq və Hacı Cəfər bəy məscidi.

Göy məscid

 İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi, Göy məscidin (digər adı Hüseynəli xan məscidi) adı birinci çəkilir. Miqyasına görə İrəvandakı Göy məscid Qafqazda ən böyük məscid olmuşdur.

Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə 1760-cı ildə başlanılmış, 1766-cı ildə başa çatdırılmışdır.

1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dyubua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-cu ildə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” əsərinin 3-cü cildində Göy məscidi ətraflı təsvir etmişdir. Onun çəkdiyi Göy məscidin rəsmi müəllifin adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən “Atlas”ın üçüncü hissəsində yer almışdır. Dyubua de Monperenin çəkdiyirəsmlərin qravüralarını Erkül Nikole hazırlamışdır.

Göy məscidin məşhur rus fotoqrafı Dmitri Yermakov tərəfindən XIX əsrin 80-90-cı illərində çəkilmiş fotoları onun 1896 və 1901-ci illərdə çap etdirdiyi albomlara daxil edilmişdir. Dmitri Yermakovun İrəvan məscidləri ilə bağlı çoxsaylı fotolarının bir qismi hazırda Simon Canaşiya adına Gürcüstan Dövlət Muzeyinin Yermakov fondunda və Şalva Amiranişvili adına İncəsənət Muzeyində saxlanılır.

1897-cı ildə alman incəsənət tarixçisi və arxeoloqu Fridrix Sarre İrəvanda olmuş, Göy məscidin müxtəlifrakurslardan fotolarını çəkmiş və sonradan həminməscidlərimüsəlman tarixi abidələri kimi elmi tədqiqat dövriyyəsinə cəlb etmişdir. F.Sarrenin çəkdiy ifotoların bir qismi hazırda Berlindəki Dövlət Muzeyinin İslam İncəsənəti bölməsində saxlanılır.

İrəvanın mərkəzindəki “Örtülü bazar”la üzbəüz yerləşən Göy məscidin ölçüləri 97,2mX 66m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi. Göy məsciddə ibadət üçün qadın və kişi zalları ayrıca olmuşdur ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı.İbadət zallarının tavanı və divarları gül rəsmləri ilə bəzədilmişdi. Məscidin divarlardan və sütunlardan kişmir parçadan güllər düzəldilib asılırdı.

Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (1500-1800)” əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazır: “Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir. Əsastikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş bir balaca hovuz inşa edilmişdi. Məscidin üç qapısı olmuşdur. İki kiçik qapışimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina birbiri ilə bağlı üç zaldan ibarət idi. Məscidin günbəzi digər iki kiçik zaldan hündür olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan şəhərin hər yerindən görünürdü.Azançı onun başına çıxaraq hər gün müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu.

1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç yazdığı “Armenia” əsərində Göy məscid haqqında ətraflı məlumat vermiş, onun minarələrinin, həyətindəki hovuzun və fasadının foto şəkillərini kitaba daxil etmişdir.

Azərbaycan arxeoloqu və epiqrafçısıİsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair İ.Əzimbəyovun yazdığı “Tiflisin,İrəvanın və Naxçıvanın müsəlman kitabələri” adlı məqaləsində qeyd edir ki, Göy məscid iki ayrı korpusdan – qış və yay korpuslarından ibarətdir. O, qış korpusunun kompleksin cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onların isə mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyətinin olduğunu, orada çinar və qovaq ağaclarının ucaldığını yazır.

Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində İrəvandakı bütünməscidlərin sökülməsi qərara alınsa da, məşhur ermənişairiYeğişe Çarensin ciddisəyləri nəticəsində onun “Mavi brilliant” adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas edilmişdi. 1936-cı ildən Göy məscidin binasında İrəvan səhərtarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət həm də hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə həmçininTəbiətmuzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir.

Erməni sovet rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdiklərirəsm əsərlərində İrəvan şəhərinin simvolu kimi Göy məscid əks etdirilmişdi.

1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zərurəti meydana çıxmışdı. 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı.

1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (Müharibə Veteranları və Şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə son tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 hücrəsi, kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir.

Ermənistan hökumətinin 2015-ci il dekabrın 10-da keçirilən iclasında Mesrop Maştos-12 ünvanında yerləşən Göy məscid haqqında Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihə müzakirə edilmişdir. Qərara alınmışdır ki, Göy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyinə İran İslam Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil verilsin. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “fars məscidi” kimi təqdim edirlər.

(Ardı var)

Nazim Mustafa

Prezident Kitabxanasının şöbə müdiri,

Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru

Mənbə: Yeni Fikir, Naxçıvan Dövlət Universiteti, 9 aprel 2024-cü il, №: 2 (58), səh.8-9