Şuşada Bülbülün ev-muzeyi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb
İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib

“Mən turist olsaydım” rubrikası: Şuşa şəhərində Xalq artisti Bülbülün ev-muzeyi.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı muzeylər şəhəri də adlandırmaq olar. Şuşa şəhərində turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri Xalq artisti Bülbülün ev-muzeyidir. Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub, uşaqlıq illərini burada keçirib, musiqi aləminə ilk addımlarını burada atıb.

Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb. Şəhər azad edildikdən sonra ev bərpa edilib. Hazırda binada Bülbülün muzey ekspozisiyası fəaliyyət göstərir. Bülbülün irsi haqqında daha geniş məlumatlar vermək üçün monitorda Bülbülün həyatı, yaradıcılığı, lent yazıları, haqqında deyilmiş sözlər və digər materiallar nümayiş olunur.

Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Muzeyin ziyarətçiləri burada görkəmli ifaçı Bülbülün həyat və yaradıcılığı ilə tanış olmaqla yanaşı, həm də Qarabağın musiqisi, mədəniyyəti və tarixi haqqında ətraflı məlumat alırlar.

AZƏRTAC