Ötən həftə 177 mina və 636 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin və kitabının təqdimat mərasimi keçirilib
“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq edilib
“Buranın torpağı, suyu, havası bir başqadır” – Xanabadda Böyük Qayıdışın xoş təəssüratları 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən yanvarın 5-11-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 152, tankəleyhinə 25 mina və 636 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 875,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC