BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Şotlandiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransı keçirilir
Baş Prokurorluq: Vətəndaşları narahat edən məsələlərlə bağlı #maariflənək həştəqi altında videoçarxlar təqdim olunacaq
ATƏT-in sədri yeni xüsusi elçilərinin adlarını açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək, onlara ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, qopma, sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

“Qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, sürücülərdən, xüsusilə dağlıq ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək xahiş olunur. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onları təhlükəsizlik baxımından məsuliyyətli olmağa, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyə çağırırıq”, – deyə müraciətdə bildirilir.

AZƏRTAC