Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb
Mehriban Əfəndinin əsərləri Avropada ən böyük sürrealizm sərgisində təqdim olunacaq
Bakıda Ümumdünya Ətraf Mühit Günü çərçivəsində açıq hava sərgisi keçirilir

Müdafiə Nazirliyi və NATO arasında Bakıda Alyans-ın Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri kurs keçirib.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yaybı.

Qeyd edilib ki, “NATO-da logistikanın planlaşdırılması” mövzusunda keçirilən kurs ərzində “Əməliyyat planlama prosesində logistikanın təşkili” ssenarisi üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil olunub.

Həmçinin hərbi qulluqçulara NATO ilə ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim edilib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

Report