Ceyhun Bayramov: İran tərəfi məsələnin araşdırılmasına vəd verib

Arxangelsk vilayətində şimal şairlərinin Azərbaycan dilinə tərcümə edilmiş şeirlər məcmuəsinin təqdimatı olub
21 Mart – Beynəlxalq Novruz Günüdür
Səkkiz min səkkiz yüz nəfərə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək

İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumları nəticəsində 4 vətəndaşımız xəsarət alıb. Bu qəbuledilməz hücumla bağlı həmkarıma məlumat verdim.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.

“Azərbaycan dövlətinin mövqeyi və tələbləri açıq şəkildə İran tərəfinə çatdırılıb. Dünən İranın xarici işlər naziri ilə bu məsələ bütün ciddiliyi ilə müzakirə edilib. Onlar məsələnin araşdırılması barədə vəd veriblər”, – deyə nazir qeyd edib.

AZƏRTAC