WUF13 ilə bağlı hazırlıq işləri davam etdirilir

Köç karvanı Xocavəndə çatıb 
Məhərrəm Zülfüqarlı: Azad edilmiş rayonlarda yeni toraq islahatlarının keçirilməsi olduqca vacibdir
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb 

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı hazırlıq işləri davam etdirilir. Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionu ərazisində tikinti və quraşdırma işləri intensiv şəkildə aparılır.

AZƏRTAC xəbər verir ki, tədbirin yüksək səviyyədə təşkili üçün hazırda stadion ərazisində müvəqqəti pavilyonların qurulması, konfrans zallarının hazırlanması, texniki infrastrukturun yaradılması və logistika işləri sürətlə davam edir. Mütəxəssislər tərəfindən aparılan işlər forum iştirakçıları üçün rahat və müasir şəraitin təmin edilməsinə yönəlib.

Qeyd edək ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 mayın 17-22-də Bakı şəhərində keçiriləcək.

AZƏRTAC