TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşür

İlham Əliyev Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib
Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib

Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edir.

AZƏRTAC