Azərbaycan I rübdə vahid xəzinə hesabının idarə edilməsindən 7 milyon manatdan çox gəlir əldə edib

Elxan Süleymanov Türkiyəyə zəlzələ bölgəsinə 24 ədəd istilik sistemi göndərdi
Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
AVCİYA prezidenti: “Sərsəng məsələsi Azərbaycanın daxili işidir, Prezidentimiz tezliklə bunu da həll edəcək”

Bu ilin I rübündə Azərbaycanda vahid xəzinə hesabının qalığının aktiv idarəetməyə verilməsindən 7,4 milyon manat faiz gəliri əldə edilib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, söhbət xarici valyutada olan vəsaitlərin idarə edilməsindən gedir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

Report